İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
İndoneziya Prezidenti Prabovo Subianto 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak etmək üçün Azərbaycana səfər edə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Bakıda keçirilən biznes-forumda bildirib.
Diplomat qeyd edib ki, gələn il ölkələr diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcəklər:
"İndoneziya Prezidenti Prabovo Subiantonun 2027-ci ildə İƏT sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid edirik. Bu, ölkələrimiz arasında diplomatik münasibətlərin 35 illiyinin qeyd olunması çərçivəsində əsas hadisələrdən biri olacaq".
Səfir vurğulayıb ki, yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin daha da inkişafı və möhkəmləndirilməsi üçün şərait yaradacaq.
Oxşar xəbərlər
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. BAKU.WS xəbər verir ki, iclasın gündəliyində "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron də...