Ramin Məmmədov: Azərbaycanda qadın hüquqlarının təminatı dövlət siyasətinin prioritetlərindəndir

Ramin Məmmədov: Azərbaycanda qadın hüquqlarının təminatı dövlət siyasətinin prioritetlərindəndir
Sosial 6

Azərbaycanda qadın hüquqlarının təminatı dövlət siyasətinin prioritetlərindəndir.

BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qadın hüquqlarının qorunması və onların ictimai-siyasi həyatda, eləcə də dövlət idarəçiliyində təmsilçiliyinin genişləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas prioritetlərindəndir. Komitə sədri qeyd edib ki, bu istiqamətdə qanunvericilik bazasının mütəmadi təkmilləşdirilməsi, müvafiq dövlət proqramlarının və milli fəaliyyət planlarının qəbul edilməsi məsələyə sistemli və uzunmüddətli strateji yanaşmanın göstəricisidir.

Ramin Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə qadınların təhsil imkanlarının artırılması onların cəmiyyətdəki sosial mövqeyini daha da möhkəmləndirir. O vurğulayıb ki, cəmiyyətin bütün üzvlərinin potensialından səmərəli istifadə etmədən uzunmüddətli və dayanıqlı hədəflərə çatmaq mümkün deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər