Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
BAKU.WS xəbər verir ki, iclasın gündəliyində "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC İnternational ProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiqi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinin və "Maraqlar toqquşması haqqında" yeni hazırlanmış qanunun layihəsinin müzakirəsi daxil olmaqla, ümumilikdə, 10 məsələ var.
İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.
Oxşar xəbərlər
İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər
İndoneziya Prezidenti Prabovo Subianto 2027-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak etmək üçün Azərbaycana səfər edə bilər. BAKU.W...