Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
"COP31-in mükəmməl təşkilinə görə qardaş Türkiyəni təbrik edirik. Müstəsna qonaqpərvərlik və diqqətəlayiq liderlik üçün dərin minnətdarlığımızı bildiririk", - Y. Rəfiyev qeyd edib.
COP29-un baş danışıqçısı vurğulayıb ki, iqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusun əldə edilməsi həmişə mümkün olmaya bilər, lakin ona nail olmaq əzmi ən yüksək hörmətə layiqdir.
"COP32-yə gələcək sədrliyi öz üzərinə götürəcək Efiopiya ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", - nazir müavini bildirib.
Oxşar xəbərlər
Səfir: Albaniya Orta Dəhlizin 8-ci Dəhliz və Dürres limanı ilə birləşdirilməsində maraqlıdır
Albaniya Orta Dəhlizin 8-ci Panavropa nəqliyyat dəhlizi və Dürres limanı ilə birləşdirilməsində, həmçinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsind...