Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:
"2009-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1997–2008-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2027-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar".
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azad olunmuş ərazilərdə bərpa işlərində İtaliya şirkətləri fəal iştirak edirlər
İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni obyektlərin bərpası istiqamətində İtaliya şirkətləri fəal iştirak edirlər. BAKU.WS report-a istinadən xəbər verir...