Tayani 20 Yanvar faciəsi zamanı insan tələfatının miqyasından sarsıldığını bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın xarici işlər naziri Antonio Tayani Qanlı Yanvar hadisələrinin - 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda baş verənlərin səbəb olduğu insan tələfatının miqyasından dərindən sarsılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Tayani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bəyan edib.
"Bu gün mən Şəhidlər xiyabanını ziyarət etdim və Qanlı Yanvar qurbanlarının sayından sarsıldım. Bu insanlar öz dövlətlərinin müstəqilliyi uğrunda mübarizə aparıblar. Ümid edirəm ki, bu alov həyatlarını fəda etmiş insanların xatirəsinin əbədi rəmzi olaraq qalacaq", - Tayani vurğulayıb.
O əlavə edib ki, Azərbaycan qan tökülməsinin və insan tələfatının qarşısının alınması istiqamətində ardıcıl mövqe nümayiş etdirir.
Oxşar xəbərlər
Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk
Rəsmi Bakı Ermənistanın yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndirir. BAKU.WS report-a istinadən xəbər verir k...