"TikTok"da avtomobil elanları yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb

TikTokda avtomobil elanları yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb
Video
Hadisə 16

"TikTok" sosial şəbəkəsində "pro.avto.kredit.444" adlı səhifədə yayımlanan avtomobil elanları ilə bağlı beh ödəyən şəxslərin aldadılması barədə polisə müraciətlər daxil olub.

BAKU.WS-in məlumatına görə, vətəndaşlar müraciətlərində bildiriblər ki, avtomobillərin kreditlə satışı barədə elanlar paylaşan həmin səhifə ilə əlaqə saxlayıblar. Onların sözlərinə görə, qarşı tərəfin tələbi ilə beh göndəriblər, ödənişdən sonra isə səhifədə bloklanıblar.

Nərimanov rayonunda polisin keçirdiyi tədbirlərlə qeyd edilən dələduzluq əməllərini edən Elvin Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər