Türkiyədə tanınmış simalar SAXLANILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə məşhurlarla bağlı aparılan narkotik istintaqı çərçivəsində tanınmış simalar Özcan Dəniz və Deniz Çakır da daxil olmaqla, ümumilikdə 35 nəfər saxlanılıb.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən istintaq tədbirləri narkotik vasitələrlə bağlı bir sıra qanun pozuntularını əhatə edir.
Prokurorluğun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə üzrə İstintaq İdarəsi tərəfindən genişmiqyaslı araşdırma aparılır.
İstintaq çərçivəsində fahişəliyin təşkili, narkotik vasitələrin satışı və təmin edilməsi, eləcə də qanunsuz maddələrin istifadəsi və saxlanılması ilə bağlı faktlar araşdırılır.
Şübhəli şəxslərin və şahidlərin ifadələri, habelə müsadirə edilmiş mobil telefonların və digər rəqəmsal materialların ekspertizası nəticəsində yeni məlumatlar əldə olunub. Toplanmış dəlillər əsasında bir sıra şəxslərin narkotik vasitələrdən istifadə etməsi və ya onları saxlaması ilə bağlı şübhələr yaranıb.
Prokurorluğun qərarı ilə müəyyən edilən 35 şübhəli saxlanılıb. Onların arasında aktyor və müğənni Özcan Dəniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Deniz Çakır da var.
Qeyd edək ki, saxlanılan şəxslərin təqsiri məhkəmə tərəfindən təsdiqlənməyib.
Oxşar xəbərlər
Türkiyənin məşhur serialı beynəlxalq "Emmy" mükafatını qazandı
Türkiyənin "Leyla: Həyat... Sevgi... Ədalət" serialı 54-cü Beynəlxalq "Emmy" mükafatlandırma mərasimində qalib olub. BAKU.WS "Anadolu" agentliyinə istinadən xəb...