Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava

Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava
Digər 18

Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 25-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Qusar, Zaqatala, Qax, Ağstafa, Gəncə, Şəmkir, Xınalıq, Quba, Balakən, Şəki, Oğuzda yağış, Şahdağda isə arabir qar yağır.

Bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Gəncə və Tovuzda 24, Zəngilanda 23, Ağstafa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Zaqatala, Daşkəsən, Lerik və Naftalanda 18, Sabirabad və Kəlbəcərdə 17, Tərtər, Şəmkir və Gədəbəydə 16, Şəkidə 15 m/s-dək güclənir.

Son xəbərlər