İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmet Çetinin ailəsinə başsağlığı verib.
BAKU.WS President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmet Çetinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Hikmet Çetin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.
Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
Oxşar xəbərlər
İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman
Prezident İlham Əliyev İxracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 n...