Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib
25
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib.
BAKU.WS xəbər verir ki, burada fəxri qarovul dəstəsi düzülüb.
Zəfər abidəsinin önünə əklil qoyulub.
Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris arasında təkbətək görüş başlayıb. BAKU.WS xəbə...