Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Eskişehirdə helikopter qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Eskişehirdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib. Baş vermiş hadisə ilə əlaqədar qardaş Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və helikopterdə həlak olmuş hərbçilərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk. Hadisədən zərər çəkən hər kəsə və onların yaxınlarına bu çətin məqamda səbir və dözüm diləyirik", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə BAKU.WS-ə Azərbaycanın Müda...