Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Türkiyə ilə mübahisəyə səbəb olan məqam Ermənistanın yeni konstitusiya layihəsindən çıxarılıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlardakı xüsusi nümayəndəsi Sərdar Kılıç özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Ermənistan Konstitusiyasında tarixi dəyişiklik: Türkiyə ilə mübahisə yaradan ifadə ləğv edildi! Dəfələrlə qeyd etdiyim kimi, Nikol Paşinyan sadəcə Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin nizamlanması prosesində deyil, həmçinin bölgədə davamlı sülh və sabitliyin bərqərar olması işində konstruktiv və səmimi tərəfdaşdır", - deyə S.Kılıç vurğulayıb.
Qeyd edək ki, Ermənistanın yeni konstitusiya layihəsi noyabrın 23-də ictimaiyyətə təqdim olunub.
Oxşar xəbərlər
XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır
Beynəlxalq gündəm də, Qara dənizdə olan kifayət qədər gərgin durum, Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi də Azərbaycan və Gürcüstan xarici...