Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ər-Riyadda maliyyə mərkəzinin qüllələrindən biri Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) hücumuna məruz qalıb, nəticədə 11 nəfər xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Ər-Riyadda maliyyə mərkəzinin qüllələrindən biri husi silahlıları tərəfindən terror hücumuna məruz qalıb, nəticədə 11 nəfər yaralanıb", - məlumatda bildirilib.
Daha əvvəl Səudiyyə Ərəbistanının rəhbərliyi altında husilərə qarşı döyüş əməliyyatları aparan koalisiya Ər-Riyadın maliyyə rayonundakı göydələnin terror hücumunun hədəfi olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya ilə Ukrayna arasında davam edən müharibənin qarşıdakı bir il ərzində başa çatacağına ümid etdiyini bildirib. BAKU.WS xə...