Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub
24
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Marneuli şəhərində qarışıq döyüş sənətləri (MMA) üzrə turnir keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yarışda 24 idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıb.
Turnir Gürcüstan Döyüş Liqasının (GCL) təşəbbüsü və təşkilatçılığı, Marneuli Meriyasının və Azərbaycan Evinin dəstəyi ilə baş tutub.
Yarışda gürcü döyüşçülərlə yanaşı, Gürcüstanın azərbaycanlı idmançıları da iştirak ediblər.
Marneulili idmançı Sənan Xəlilov 70 kiloqram çəki dərəcəsində rəqibinə qalib gələrək turnirin çempionu adını qazanıb.
Oxşar xəbərlər
"Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar"
"Sabah" La Liqada ən yaxşı komandalardan biri ola bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Dit...