"Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar"
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" La Liqada ən yaxşı komandalardan biri ola bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İspaniyanın "Barselona" klubunun baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan çempionunu İspaniya klubları ilə müqayisə edib:
"Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar. Məşqçilərlə birgə bu komandanl təhlil etmişik. Düşünürəm ki, rəqib komanda topla yaxşı oyun sərgiləyir. İspaniyada futbol fəlsəfəsi çox yaxşıdır. Hər bir komanda necə futbol oynamalı olduğunu bilir. "Sabah" də belə komandalardandır"
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
"Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Bakıda "Sabah" klubu ilə üz-üzə gələcək İspaniya təmsilçisi "Barselona" oyundan əvvəl məşqə çıxıb. BAKU.WS...