Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonun Çində ilk muzeyi fəaliyyətə başlayıb. Muzey Şanxay şəhərində yerləşən 1 nömrəli ticarət mərkəzində yaradılıb və təxminən 3 000 kvadratmetr sahəni əhatə edir.
BAKU.WS-in məlumatına görə, bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.
Muzeyin girişində futbolçunun Portuqaliya millisinin forması ilə təsvir olunduğu 7 metrlik heykəli ucaldılıb. Ronaldonun qollarını qeyd edərkən nümayiş etdirdiyi məşhur sevinc hərəkətini əks etdirən heykəlin müəllifləri onun dünyada tam boy ölçüsündə hazırlanmış ən hündür futbolçu heykəli olduğunu bildirirlər.
🇨🇳 PEOPLE | UNE STATUE GÉANTE DE 7 MÈTRES DÉVOILÉE EN HOMMAGE À CRISTIANO RONALDO À SHANGHAI ! Une immense statue de 7 mètres de haut représentant Cristiano Ronaldo dans sa célèbre posture de célébration « SIUUU » a été dévoilée ce samedi 21 à Shanghai, en Chine. https://t.co/fkMsVcxusv
— LQC®2026 (@maiza6393) November 22, 2026
Ekspozisiya 10 tematik bölmədən ibarətdir. Ziyarətçilər burada Ronaldonun Portuqaliyanın Madeyra adasındakı uşaqlıq illərindən başlayaraq dünya futbolunun ən məşhur simalarından birinə çevrilməsinə qədər keçdiyi yolu izləyə bilərlər.
Muzeydə futbolçunun "Sportinq" akademiyasında yaşadığı yataqxana otağının, qonaq otağının, paltardəyişmə məkanlarının, eləcə də Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun stadionundakı oyunöncəsi tunelin oxşar nümunələri yaradılıb.
Muzeyin kolleksiyasına Ronaldonun doğulduğu Funşal şəhərindən Şanxaya gətirilən 50-dən çox eksponat daxil edilib. Bunların arasında müxtəlif kuboklar, oyun formaları və futbolçunun istifadə etdiyi butslar da var.
Kolleksiyanın ən diqqətçəkən nümunələrindən biri Ronaldonun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatıdır. Bununla yanaşı, Avropa çempionluğu kuboku, futbolçunun meydana çıxdığı butslar və "Real Madrid"in heyətində vurduğu 350-ci qola həsr olunmuş forma da sərgilənir. Həmin formanın üzərində Zinəddin Zidanın və komandanın digər futbolçularının imzaları yer alır.
Ekspozisiyada Şanxay muzeyi üçün xüsusi hazırlanmış və Ronaldonun şəxsi imzasını daşıyan forma da nümayiş etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində U-23 Avropa çempionatının qalibi olub. BAKU.WS xəbər verir ki, 50 kq çəki dərəcəsində mübar...