Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz Rayon Mərkəzi Xəstəxanası ilə bağlı şikayət var.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəkərli diabet xəstələrinin dövlət tərəfindən təmin edilən dərmanları almaqda çətinlik çəkdikləri iddia olunur.
Bununla yanaşı, xəstəxanada yaranan növbə sıxlığı da narazılıq yaradır.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəstəxanada şəkərli diabet xəstələrinin dərman vasitələri ilə təminatı müəyyən edilmiş qrafikə uyğun olaraq, kəndlər üzrə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzləri (ASM) arasında növbəli qaydada həyata keçirilir:
"Bəzi günlər müraciətlərin çoxluğu səbəbindən xidmət prosesində yüklənmə və sıxlıq müşahidə oluna bilər. Vətəndaşların müəyyən edilmiş gün bölgüsünə uyğun müraciət etməsi də xidmətin daha operativ və səmərəli təşkilinə imkan verər.
Hazırda vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması, gözləmə müddətinin azaldılması və dərman təminatı prosesinin daha da təkmilləşdirilməsi istiqamətində optimallaşdırma işləri davam etdirilir".
Oxşar xəbərlər
Şəkərli diabet xəstələri üçün MÜJDƏ
Azərbaycanda şəkərli diabet xəstələrinin dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatına dair normalar yenilənib. Nazirlər Kabinetinin...