Sabah 18 avtobus öz yolu ilə getməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 25-də "Sabah" futbol klubunun "Barselona" ilə Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunla əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
"Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. "Koroğlu" NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək", - AYNA-dan bildirilib.
Oxşar xəbərlər
Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir
Torpaq sahəsinin planı və və ölçüsü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sayılacaq. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu...