Rusiyada erməni terrorçu Monte Melkonyan haqqında filmin nümayişinə qadağa qoyuldu

Rusiyada erməni terrorçu Monte Melkonyan haqqında filmin nümayişinə qadağa qoyuldu
Dünya 6

Rusiyada erməni terrorçu Monte Melkonyanın həyatından bəhs edən "Monte" adlı bioqrafik filmin kinoteatrlarda nümayişi dayandırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Filmin istehsalçısı olan "Genetic Production" şirkətinin açıqlamasına görə, Rusiyanın bir sıra şəhərlərində keçirilməsi nəzərdə tutulan nümayişlər ölkə hakimiyyətinin tətbiq etdiyi qadağa səbəbindən ləğv edilib.

Şirkət bildirib ki, yaranmış vəziyyətlə əlaqədar kinoteatrlar filmi nümayiş etdirməkdən imtina ediblər.

İstehsalçı qərarın öz təşəbbüsü ilə verilmədiyini və onların iradəsindən kənar səbəblərlə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, 2026-cı ildə ekranlaşdırılan "Monte" bədii bioqrafik filmi erməni terrorçu Monte Melkonyanın həyatına həsr olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər