Maka Boçorişvili Ceyhun Bayramovu 2027-ci ilin əvvəlində Gürcüstana səfərə dəvət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2027-ci ilin əvvəlində Gürcüstana səfər edə bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
"Ümid edirəm ki, gələn ilin əvvəlində sizi Tbilisidə qəbul etmək imkanım olacaq. Nazirliklərimiz müntəzəm təmasları saxlayır və şübhəsiz ki, bu, bundan sonra da belə davam edəcək. Bu, xarici siyasət idarələrinə bir-birinin maraqlarını nəzərə almaqla bütün məsələləri maksimum dərəcədə dolğun müzakirə etməyə imkan verəcək", – o deyib.
Oxşar xəbərlər
Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq
Ermənistanda TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin...