Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyadan Avropa Parlamentinə seçilmiş deputat Mixael fon der Şulenburq Avropanı Rusiya ilə danışıqlara çağırıb. O bildirib ki, dialoqdan imtina ciddi nəticələrə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, deputat bu fikirləri "YouTube" kanalına müsahibəsində səsləndirib.
"Müharibə başlasa, Rusiya raketlərinin Almaniyaya çatması cəmi yeddi, bəlkə də beş dəqiqə çəkər. Bu halda cavab tədbirləri üçün vaxt qalmayacaq", – deyə fon der Şulenburq bildirib.
Deputatın sözlərinə görə, tərəflər münaqişənin qarşısını almaq üçün indidən addım atmalıdırlar. O, mövqeyini Avropa Parlamentindəki həmkarlarına çatdırmağa çalışdığını, lakin bir çox deputatın münaqişənin həlli yollarını müzakirə etməyə hazır olmadığını deyib.
Fon der Şulenburq əlavə edib ki, Avropa Əbu-Dabidə Ukrayna üzrə danışıqlarda iştirak etmək istəsə də, nümayəndəsini müəyyənləşdirə bilməyib.
Oxşar xəbərlər
100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb
Alimlər dinozavrlar dövründə yaşamış uzunayaqlı çəyirtkə növünün suyun səthində hərəkət edə bildiyini müəyyənləşdiriblər. BAKU.WS TRT Haberə istinadən xəbər ver...