Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin Norfolk bölgəsində Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Midltonun evinə oğurluq məqsədilə girməyə cəhddə şübhəli bilinən iki nəfər saxlanılıb.
BAKU.WS Britaniya mətbuatına istinadən xəbər verir ki, noyabrın 23-də yerli vaxtla saat 18:00 radələrində polisə Sandrinqem malikanəsinin ərazisində yerləşən "Anmer Hall" iqamətgahında şübhəli hərəkətlilik barədə məlumat daxil olub.
Axtarışa helikopter, pilotsuz uçuş aparatları və xidməti itlər cəlb edilib. Polis ərazidə saxlanılan iki kişinin oğurluq və icazəsiz girişdə şübhəli bilindiyini açıqlayıb.
Hadisə zamanı iqamətgah boş olub. Şahzadə Uilyam, Keyt Midlton və onların üç övladı Vindzordakı evlərində olublar. Kensinqton Sarayı təhlükəsizlik məsələləri ilə bağlı açıqlama verməyəcəyini bildirib.
Xatırladaq ki, Kraliça II Elizabet iqamətgahı 2011-ci ildə toylarından sonra cütlüyə hədiyyə edib. Ailə 10 yataq otağı olan evdən əsasən tətil və həftəsonlarında istifadə edir.
Oxşar xəbərlər
Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu
Rusiyanın Kamçatka yarımadasının şərq sahilləri yaxınlığında 4,5 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkə...