ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı

ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı
Dünya 12

ABŞ-də lotereyada 1 milyon dollar məbləğində pul qazanan Salvador vətəndaşı immiqrasiya əməkdaşları tərəfindən saxlanılıb. Onun kimliyinin müəyyənləşdirilməsinə lotereya təşkilatçılarının sosial şəbəkədə paylaşdığı foto kömək edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, Velaskes-Morales 2013-cü ildə ABŞ sərhədini qanunsuz keçib, 2014-cü ildən isə axtarışda olub.

O, noyabrın 18-də Massaçusets ştatında keçirilən lotereyada 1 milyon dollar qazanıb. Salvadorlu miqrant 10 dollar ödəyərək "2 000 000 50X Cashword" adlı ani lotereya biletini Boston şəhərinin Şərqi Boston (East Boston) ərazisində yerləşən mağazalardan birindən alıb.

Lotereya rəhbərliyi noyabrın 21-də qalibin uduş çekini əlində tutduğu fotosunu sosial şəbəkə hesablarında yayımlayıb. Məhz bu görüntülər ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşlarına onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verib. Bundan sonra miqrant saxlanılıb.

Maraqlı məqamlardan biri isə Massaçusets ştatının qanunvericiliyi ilə bağlıdır. Belə ki, ştatda lotereyada iştirak etmək üçün ABŞ vətəndaşı olmaq və ya qanuni miqrasiya statusuna malik olmaq şərt deyil. Bilet almaq üçün şəxsin 18 yaşına çatması kifayətdir.

Son xəbərlər