İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib
Yeniliklərdən dərhal xəbərdar olun
İraqda son 17 il ərzində neft və neft məhsullarının qanunsuz dövriyyəsi, eləcə də müxtəlif maliyyə saxtakarlıqları nəticəsində dövlət büdcəsinə 303 milyard dollar məbləğində ziyan dəyib.
BAKU.WS xəbər verir ki, bu barədə İraq parlamentinin deputatı Məhəmməd əl-Həfaci məlumat verib.
Deputatın sözlərinə görə, maliyyə itkiləri bir neçə istiqamət üzrə formalaşıb. Belə ki, nəzərdə tutulan neft həcmlərinin dövlətə təhvil verilməməsi nəticəsində büdcə 101 milyard dollar, dövlət şirkətindən yan keçməklə həyata keçirilən neft ixracı səbəbindən isə 79 milyard dollar itirib.
Qalan 123 milyard dollarlıq zərərin isə ölkənin şimalında yerləşən neft yataqlarının İraq Kürdüstanı rəhbərliyinin nəzarətinə keçməsi ilə əlaqəli olduğu bildirilir.
Oxşar xəbərlər
ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı
ABŞ-də lotereyada 1 milyon dollar məbləğində pul qazanan Salvador vətəndaşı immiqrasiya əməkdaşları tərəfindən saxlanılıb. Onun kimliyinin müəyyənləşdirilməsinə...