100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər dinozavrlar dövründə yaşamış uzunayaqlı çəyirtkə növünün suyun səthində hərəkət edə bildiyini müəyyənləşdiriblər.
BAKU.WS TRT Haberə istinadən xəbər verir ki, Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya İnstitutunun rəhbərlik etdiyi tədqiqat zamanı 99 milyon illik kəhrəbada qanadsız, qısa gövdəli və uzunayaqlı çəyirtkə nümunələri aşkarlanıb.
Tədqiqatçıların qənaətinə görə, bu həşəratlar suyun səthi gərilməsi sayəsində batmadan tarazlıqlarını qoruya biliblər. Bədənlərindəki su itələyən tükcüklər və arxa ayaqlarındakı yarpaq formalı, avara bənzər çıxıntılar onların su üzərində irəliləməsinə kömək edib.
Doqquz çəyirtkənin eyni kəhrəba parçasında qorunub qalması onların qidalanmaq üçün qrup halında toplandığını göstərə bilər. Alimlərin fikrincə, bu, çəyirtkə və ya cırcıramalarda qrup halında qidalanmanın məlum ən qədim dəlili ola bilər.
Alimlər növü "Hydrelcana zhangi" adlandırıb və onu yeni "Hydrelcanidae" fəsiləsinə aid ediblər. Araşdırmanın nəticələri "Proceedings of the Royal Society B: Biological Sciences" jurnalında dərc olunub.
Oxşar xəbərlər
Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu
Rusiyanın Kamçatka yarımadasının şərq sahilləri yaxınlığında 4,5 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkə...