Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam
Yeniliklərdən dərhal xəbərdar olun
Litvanın xarici işlər naziri Kestutis Budris bu gün axşam Bakıda "Sabah" futbol klubu ilə İspaniyanın "Barselona" komandası arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci tur matçını izləməyi planlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında bildirib.
"Bu axşam futbol matçı ("Sabah"-"Barselona") keçiriləcək. İnşallah, biz sizinlə, cənab nazir, matçda olacağıq və "Sabah"a azarkeşlik edəcəyik", - K.Budris bildirib.
O, Azərbaycan klubunun qələbəsinə ümid etdiyini ifadə edib.
Qeyd edək ki, "Sabah" futbol klubunun baş məşqçisi litvalı mütəxəssis Valdas Dambrauskasdır.
Oxşar xəbərlər
Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır. BAKU.WS Presid...