Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tacikistan Müdafiə Nazirliyinin (MN) nümayəndə heyəti döyüş əməliyyatlarının tətbiqi, modelləşdirilməsi və simulyasiyası sahəsində təcrübə mübadiləsi məqsədilə Azərbaycana səfər edib.
Bu barədə BAKU.WS-ə MN-dən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti MN-in bir sıra strukrur bölmələrini ziyarət edərək burada yaradılmış xidməti şəraitlə tanış olub, təcrübə mübadiləsi aparıblar. Qonaqlara nazirliyin aidiyyəti qurumları və onların fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.
Bundan başqa, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olan qonaqlara Mərkəzin fəaliyyəti, həmçinin kompüter dəstəkli komanda-qərargah təlimlərinin təşkili və keçirilməsi barədə məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Litvanın xarici işlər naziri Kestutis Budrisin qəbuluna dair video paylaşılıb. BAKU.WS paylaşımı təqdim edir: