Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI

Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI
Hadisə 26

Abşeron rayonu Xırdalan şəhərində yerləşən internet salonlarından birindən 1500 manat dəyərində "PlayStation 5" oyun konsolunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, Abşeron rayonunda polisin keçirdiyi tədbirlərlə qeyd olunan oğurluğu törədən E.Fərzəliyev saxlanılıb. O, salona müştəri kimi daxil olub və oyun konsolunu özü ilə gətirdiyi idman çantasına qoyaraq ərazidən uzaqlaşıb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Fərzəliyevin paytaxt ərazisində yaşadığı mənzilə baxış zamanı "Glock" markalı tapança, daraq və 7 ədəd patron da aşkarlanıb. Arşadırmalarla E.Fərzəliyevin odlu silah-sursatı tanışı S.Qocamanovla

qabaqcadan əlbir olaraq birgə əldə etdiyi və satış məqsədilə özündə saxladığı müəyyən edilib. S.Qocamanov da polisin əməliyyatı zamanı saxlanılaraq istintaqa təqdim edilib.

Fakrla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Araşdırmalar davam etdirilir.

Son xəbərlər