ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı

ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı
FOTO
Digər 4

Azərbaycan Tennis və Padel Federasiyası (ATPF) ilə BeFit Baku arasında qarşılıqlı anlaşma və tərəfdaşlıq memorandumu imzalanıb.

BAKU.WS xəbər verir ki, memoranduma əsasən, tennis və padel üzrə milli komandalarımızın üzvləri fiziki hazırlıq məşqlərini BeFit Baku fitnes mərkəzində keçirəcəklər.

Tərəfdaşlığın məqsədi milli komanda üzvlərinin fiziki hazırlıq səviyyəsini yüksəltmək və yarışlara hazırlıq prosesinə dəstək olmaqdır. Fiziki hazırlıq məşqləri oyunçuların güc, çeviklik və dözümlülüyünü inkişaf etdirməyə yönələcək. Bu keyfiyyətlər həm tennisdə, həm də padeldə meydançada sürətli hərəkət etmək, istiqaməti çevik dəyişmək və uzun oyunlar ərzində yüksək tempi qorumaq üçün vacibdir.

İnanırıq ki, bu əməkdaşlıq milli komandalarımızın hazırlıq prosesinə töhfə verəcək və idmançılarımızın qarşıdakı yarışlara daha yaxşı hazırlaşmasına kömək edəcək.

Milli komandalarımızın hazırlığına göstərdiyi dəstəyə görə BeFit Baku komandasına təşəkkür edirik!

Son xəbərlər