Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
2027-ci ildə ərzaq məhsullarının qiymətinə həm yerli istehsalın həcmi, həm də idxal olunan məhsulların maya dəyəri təsir göstərəcək.
BAKU.WS-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının qiymətləri istehsal səviyyəsi ilə yanaşı, bazardakı tələb və təklifdən də asılıdır:
"Bu baxımdan əsas məqsəd fermerlərin fəaliyyətini stimullaşdırmaqla yanaşı, ərzaq məhsullarının istehlakçılar üçün əlçatanlığını qorumaqdır. Yerli istehsalın artırılması daxili bazarda qiymətlərin tənzimlənməsi və optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Fermerlərə təqdim olunan güzəştlərin əsas məqsədlərindən biri də daxili tələbatın daha böyük hissəsinin yerli məhsullar hesabına ödənilməsinə nail olmaqdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb
400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub. Bu barədə BAKU.WS-ə Baş Prokurorluğu və Azərbaycan Qida T...