AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191,3-cü km-də, Qusar rayonunun Samur qəsəbəsində paytaxt istiqamətində növbəti elektron tərəzi quraşdırılıb.
Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, noyabrın 30-dan bu elektron tərəzi vasitəsilə nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılacaq.
Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması mərhələli şəkildə həyata keçirilir. Elektron tərəzilər yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərinə riayət olunmasına avtomatlaşdırılmış qaydada nəzarət etməyə imkan verir.
Yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı inzibati xəta elektron tərəzilər vasitəsilə aşkar edildikdə, bu barədə məlumatlar real vaxt rejimində elektron formada birbaşa mərkəzi informasiya sisteminə ötürülür və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır.
Daşıyıcılardan qanunvericiliklə müəyyən edilmiş qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərə ciddi riayət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Bakıda 23 məktəbə yeni direktor təyin edilib
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 23 ümumtəhsil müəss...