Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində marketlərdən birində ahıl yaşlı qadına qarşı cibgirlik edilib.
BAKU.WS xəbər verir ki, bu barədə din-İN mətbuat xidməti məlumat yayıb.
Qadının çantasının açıq olduğunu görən naməlum şəxs onu izləyib və fürsət yaranan kimi çantadan içərisində 1289 manat olan pul kisəsini oğurlayaraq hadisə yerindən uzaqlaşıb.
Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş V.Nəzərov müəyyən edilərək saxlanılıb. O, ifadəsində oğurladığı pulu xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI
Abşeron rayonu Xırdalan şəhərində yerləşən internet salonlarından birindən 1500 manat dəyərində "PlayStation 5" oyun konsolunun oğurlanması ilə bağlı polisə məl...