Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Konsertə "Dünyam" adını vermişik ki, bu gün tamaşaçılar mənim dünyamla tanış olsunlar, məni bir daha kəşf etsinlər. Ona görə də konsertimizin adı "Dünyam"dır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında müğənni Kəmalə Qaramollayeva deyib.
Öz konsertindən danışan sənətçi bildirib ki, bu gün onu sevənlərə tamamilə fərqli ab-hava yaşadacaq:
"Bu gün tamaşaçılar fərqli ab-hava yaşayacaqlar. Musiqilərimlə onları həm Şərqə, həm də Qərbə aparacağam. Muğam da səslənəcək, Avropa improvizasiyaları da olacaq. Klassik Azərbaycan musiqisi, öz repertuarımdan mahnılar, estrada nümunələri və milli üslubda ifalar təqdim edəcəyəm. İki saat ərzində tamaşaçılar məni müxtəlif musiqi üslublarında görəcəklər".
Müğənni vurğulayıb ki, konsertə beş ay ərzində hazırlaşıblar:
"Sənətimə və ifama güvəndiyim üçün burada konsert verməyə qərar verdim. Beş aydır ki, bu konsertə hazırlaşırıq. Demək olar ki, yayı yaxşı keçirə bilmədik. İndi özünüz dinləyəcəksiniz. Qiyməti isə tamaşaçılar verəcəklər".
Oxşar xəbərlər
Dünyanın ən gözəl qızı seçildi
"Miss Universe 2026" (Kainat gözəli 2026) beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. BAKU.WS "Business Insider"a istinadən xəbər verir ki, bu puerto-rikolu...