Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub.
BAKU.WS xəbər verir ki, braziliyalı qapıçı bu uğura UEFA Çempionlar Liqasının ümumi mərhələsinin V turunda "Brügge" ilə qarşılaşmada imza atıb.
İngiltərə təmsilçisi səfərdə Belçika klubunu 3:0 hesabı ilə məğlub edib. Matçın 82-ci dəqiqəsində Alisson Bekker Aleksander İsaka məhsuldar ötürmə verib.
Bununla da braziliyalı qapıçı "Liverpul" tarixində Çempionlar Liqasında qol ötürməsi edən ilk qapıçı kimi tarixə düşüb.
Qarşılaşmadan sonra "Brügge" 9 xalla turnir cədvəlinin 13-cü, "Liverpul" isə 12 xalla 5-ci pilləsində qərarlaşıb.
VI turda "Brügge" dekabrın 8-də səfərdə "Napoli" ilə, "Liverpul" isə dekabrın 9-da doğma meydanda "Portu" ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu
"Sabah"ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qolkiper kimi zirvəyə yüksəlib. BAKU.WS xəbər verir ki, UEFA-...