Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə noyabrın 26–27-də Ermənistanda geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.
BAKU.WS xəbər verir ki, müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan- Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini əhatə edəcək.
Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda keçirilən "Sabah" – "Barselona" futbol matçını birlikdə...