Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK

Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK
Sosial 4

Cəlilabad şəhərində texniki və humanitar fənlər üzrə təmayüllü yeni məktəb-liseyin inşası nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, layihə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata kçiriləcək.

Məktəb-liseyin tikintisi üçün ehtimal olunan qiymət 8 milyon 725 min manat müəyyənləşdirilib.

Təhsil müəssisəsinin tikintisi rayonda məktəb infrastrukturunun genişləndirilməsi, şagirdlərin daha əlverişli təhsil şəraiti ilə təmin olunması və müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış tədris imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.

Son xəbərlər