Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi
Yeniliklərdən dərhal xəbərdar olun
İlin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
QSC-dən qeyd edilib ki, hazırda Xırdalan–Biləcəri sahəsində körpünün təmiri işləri davam etdirilir. Təmir işləri tam başa çatdıqdan və müəyyən hazırlıq işlərindən sonra ilin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.
"Məlumat üçün bildirək ki, dəmir yollarında sərnişin və yüklərin təhlükəsiz daşınması üçün dəmir yolu xətlərinin vəziyyəti xüsusi diaqnostika qatarı vasitəsilə mütəmadi olaraq yoxlanılır. Yoxlama zamanı aşkar edilən qüsur və çatışmazlıqlar qiymətləndirilir və aradan qaldırılması üçün operativ və planlı tədbirlər görülür. Xırdalan–Biləcəri sahəsində körpünün təmirinə də məhz bu qaydada qərar verilib. Əvvəlki yoxlamalar zamanı körpüdə təcili təmir tələb edən hər hansı qüsur müəyyən edilməmişdi. Növbəti diaqnostika zamanı isə körpüdə hərəkətin təhlükəsizliyini riskə ata və qatarların interval üzrə hərəkətinə mane ola biləcək qüsurlar aşkarlanıb və dərhal aradan qaldırılması üçün operativ müdaxilə qərarı qəbul edilib",-deyə qurumdan əlavə edilib.
Oxşar xəbərlər
Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib
Bakının Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin tarixi giriş qapısının sökülərək şüşə konstruksiya il...