Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi

Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi
Dünya 8

Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə "ayaqdan salan virus"un yayılması ilə bağlı məlumatları təkzib edib.

BAKU.WS xəbər verir ki, Qazaxıstanın Səhiyyə Nazirliyi ölkədə yeni virusun meydana çıxması və yayılması barədə məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, Qazaxıstan Səhiyyə Nazirliyi yeni virusun ortaya çıxması və yayılması ilə bağlı iddiaları təkzib edib.

Qeyd olunub ki, hazırda Rusiyada əvvəllər məlum olmayan təhlükəli virusların yayılması barədə hər hansı məlumat qeydə alınmayıb.

Xatırladaq ki, noyabrın 21-də mediada Qazaxıstanda "ayaqdan salan virus"un yayıldığı barədə məlumatlar dərc edildikdən sonra Rospotrebnadzor ölkənin Səhiyyə Nazirliyindən epidemioloji vəziyyətlə bağlı rəsmi məlumat istəyib.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə kəskin respirator virus infeksiyaları və qrip üzrə vəziyyət sabitdir, xəstələnmə halları isə mövsümi artım səviyyəsinə uyğundur.

Son xəbərlər