ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Nyu-Cersi ştatında yaxınlaşan güclü fırtına səbəbindən fövqəladə vəziyyət elan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə ştatın qubernatoru Miki Şerrill sosial media hesabında məlumat yayıb.
Qubernator fövqəladə vəziyyət rejiminin yerli vaxtla saat 18:00-dan etibarən qüvvəyə minəcəyini bildirib.
Onun sözlərinə görə, cümə gününədək güclü külək və intensiv yağış gözlənilir. Sakinlərə uzunmüddətli elektrik kəsintilərinə, nəqliyyat marşrutlarının dəyişdirilməsinə və yolların bağlanmasına hazır olmaq tövsiyə edilib.
Şerrill fırtınaya hazırlıq tədbirlərinin fasiləsiz davam etdirildiyini, sahilyanı ərazilərə əlavə resursların cəlb olunduğunu açıqlayıb.
Həmçinin avtomobil və dəmir yollarındakı vəziyyətin nəzarətdə saxlanıldığı, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hakimiyyət orqanları ilə koordinasiyalı iş aparıldığı bildirilib.
Oxşar xəbərlər
Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək
2026-cı ildə ilin ən qısa gündüzü dekabrın 21-də müşahidə olunacaq. BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı astronom Lyudmila Koşman RİA Novosti-yə açıqlamas...