ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı

ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı
Dünya 12

ABŞ-nin Boston şəhərində lotereyada 1 milyon dollar qazanan salvadorlu miqrant saxlanılıb.

BAKU.WS "Fox News"a istinadən xəbər verir ki, Ariel Antonio Velaskes-Morales ötən həftə Massaçusets ştatının lotereyasında uduş qazanıb. Onu ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin əməkdaşları saxlayıblar.

Məlumata görə, Velaskes-Morales 2013-cü ildə Texas ştatının Roma şəhəri yaxınlığında ABŞ sərhədini qanunsuz keçib. Onun barəsində deportasiya qərarı 2014-cü ilin aprelindən qüvvədədir.

Son xəbərlər