Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda
Yeniliklərdən dərhal xəbərdar olun
Qarlı və buzlu yollarda sürəti azaltmaq, ara məsafəsini artırmaq və qəfil manevrlərdən çəkinmək tövsiyə olunur.
BAKU.WS xəbər verir ki, Böyük Britaniyanın yol hərəkəti qaydalarına görə, buzlu yolda avtomobilin dayanma məsafəsi quru yoldakından 10 dəfəyədək arta bilər.
1. Yola çıxmazdan əvvəl təkərlərin vəziyyətini yoxlayın, şüşələri qar və buzdan təmizləyin.
2. Qarın altında buz ola biləcəyini nəzərə alın. Körpülərdə və estakadalarda xüsusilə ehtiyatlı olun.
3. Yol və görünüş şəraitinə uyğun olaraq sürəti azaldın.
4. Öndəki avtomobillə daha böyük ara məsafəsi saxlayın.
5. Döngəyə çatmamış sürəti tədricən azaldın.
6. Sükanı kəskin çevirməyin, zolağı tələsmədən dəyişin.
7. Yerindən tərpənərkən və sürətlənərkən qaz pedalına yüngül basın.
8. Avtomobil sürüşməyə başlayarsa, qazı yumşaq buraxın və sükanla qəfil hərəkət etməyin.
Oxşar xəbərlər
"TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı"
Siyəzən rayonunun Böyük Həmyə kənd sakini Elgün Mahmudov pomidor şitilləri ilə bağlı problemlə üzləşdiyini bildirir. BAKU.WS xəbər verir ki, Baku TV-nin qaynar...