Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kentukki ştatında yaşayan Fugate ailəsinin bəzi üzvləri nəsillər boyu mavi dəri rəngi ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, xarici KİV-ə istinadən xəbər verir ki, bu qeyri-adi görünüşün səbəbi nəsildən-nəslə ötürülən nadir genetik xəstəlik olub.
Ailənin hekayəsi 1820-ci ildə Fransadan ABŞ-yə köçən Martin Fugate ilə başlayıb. O, Elizabeth Smith ilə ailə qurub. Cütlüyün yeddi övladından dördünün mavi dəri rəngi ilə doğulduğu bildirilir.
Həmin dövrdə nəqliyyat imkanlarının məhdud olması səbəbindən bölgə sakinləri uzun müddət xarici aləmdən təcrid olunublar. Bu isə ailələr arasında qohum evliliklərinin artmasına və eyni resessiv genetik xüsusiyyətin nəsillər boyu ötürülməsinə şərait yaradıb.
1960-cı illərdə Kentukki Universitetinin hematoloqu Madison Cawein bu qeyri-adi halı araşdırmağa başlayıb. Ailə üzvlərindən götürülən qan nümunələri və nəsil şəcərəsinin təhlili nəticəsində onlarda methemoqlobinemiya adlı nadir qan xəstəliyinin olduğu müəyyən edilib.
Bu xəstəlik zamanı qanda methemoqlobinin səviyyəsi yüksəlir və dəridə, xüsusilə dodaqlarda və selikli qişalarda mavimsi rəng yaranır.
Araşdırmalar zamanı ailə üzvlərinin müalicəsində metilen mavisindən istifadə olunub. Preparatın tətbiqindən sonra onların dəri rəngində nəzərəçarpacaq yaxşılaşma müşahidə edilib.
Qalereya
Oxşar xəbərlər
Məşhur aktrisa 19 ildir psixoloqa gedir
Məşhur aktrisa Hazar Ergüçlü açıqlaması ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o 19 ildir ki, mütəmadi olaraq psixoloji dəstək aldığını bildirib. Onun sözlə...