Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi
FOTO
Şou-biznes 0

Hollivudun keçmiş məşhur cütlüyü Ancelina Coli və Bred Pitt arasındakı illərdir davam edən gərgin məhkəmə prosesi bitib.

BAKU.WS "Entertainment Tonight"a istinadən xəbər verir ki, onlar Fransadakı şərab zavodunun mülkiyyəti uğrunda uzun müddətdir davam edən hüquqi mübahisəyə son qoyublar.

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi

Keçmiş cütlüyün "Entertainment Tonight" (ET) nəşrinə verdikləri birgə açıqlamada razılığa gəldiklərini bildiriblər:

"Ailəmizin mənafeyini üstün tutaraq məsələni məhkəmədənkənar qaydada həll etdik və bu mövzuda əlavə şərh verməyəcəyik. Mətbuatda dırnağarası mənbələrə istinadən yayılan hər hansı açıqlamalar nə bizə, nə də bizə yaxın olan şəxslərə aiddir".

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi

Xatırladaq ki, tərəflər arasındakı bu gərginlik 2022-ci ildə Bred Pittin Ancelina Colini məhkəməyə verməsi ilə başlamışdı. Aktyor keçmiş həyat yoldaşını vaxtilə birlikdə aldıqları "Chateau Miraval" şərab zavodundakı payını onun icazəsi olmadan satmaqda ittiham edirdi.

Həmin il Coli də qarşılıqlı iddia qaldırmış və Pittə qarşı zorakılıq ittihamları irəli sürmüşdü. Aktyorun vəkili o zaman bu iddiaları qəti şəkildə təkzib etmiş, hüquq-mühafizə orqanları isə hadisəni araşdırdıqdan sonra Pittə qarşı heç bir rəsmi ittiham irəli sürməmişdi.

Ancelina Coli də öz növbəsində şikayətçi olmaqdan imtina etmişdi.

Son xəbərlər