Murad Süleymanov vəzifəsindən azad edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov işdən çıxarılıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, o, səhiyyə naziri Anar Bayramovun əmri ilə işdən azad olunub.
Nazirliyin Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, idxalına icazələrin verilməsi, aptek şəbəkəsində dərman dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, eləcə də özəl tibb və əczaçılıq müəssisələrinin fəaliyyətinə nəzarət kimi mühüm funksiyaları həyata keçirən qurumdur.
Xatırladaq ki, Murad Süleymanov daha əvvəl Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində rəis müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - Kənd və qəsəbələrdə...
Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində 2026-cı il ərzində avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, Abşeron Ray...