Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud svetofora avtobuslar üçün ayrıca quraşdırılan svetofor artıq istifadədədir.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, avtobus sürücüləri həmin svetoforun siqnallarına uyğun şəkildə hərəkəti davam etdirirlər.
Qeyd edək ki, avtobus svetoforlarının quraşdırılmasında əsas məqsəd avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.
Oxşar xəbərlər
Məktəblərdə qışa hazırlıq necə aparılır?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. - Məktəblərdə qışa hazırlıq necə aparılır: uşaqlar bu qış da üst geyimində dərs keçməli olac...