Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola"
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Çingiz Mustafayev bəstəkarlıq fəaliyyəti və mahnılarını digər sənətçilərə təqdim etməməsinin səbəbləri barədə danışıb.
BAKU.WS xəbər verir ki, "İncə səhər" verilişinə qonaq olan ifaçı Azərbaycanda bəstəkarlığa və müəllif mahnılarına kifayət qədər dəyər verilmədiyini düşünür.
Sənətçinin sözlərinə görə, başqa ölkədə yaşasaydı və musiqiyə daha çox qiymət verilən bir mühitdə olsaydı, mahnılarını digər ifaçılara təqdim etmək imkanları fərqli ola bilərdi:
"Düşünürəm ki, bu baxımdan düzgün yerdə deyiləm. Bəlkə də başqa ölkədə yaşasaydım, musiqiyə, xüsusilə də bəstəkarlığa həqiqətən dəyər verilən bir mühitdə olsaydım, bu, mümkün olardı. Amma Azərbaycanda düşünmürəm ki, kimsə mənim mahnılarıma ehtiyac duyur. Yəni müğənnilərin özlərinin oxumaq istədikləri, seçdikləri mahnılar var. Düşünürəm ki, bu baxımdan mənə ehtiyac yoxdur".
Ətraflı videoda:
Oxşar xəbərlər
Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi
Hollivudun keçmiş məşhur cütlüyü Ancelina Coli və Bred Pitt arasındakı illərdir davam edən gərgin məhkəmə prosesi bitib. BAKU.WS "Entertainment Tonight"a istin...