Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
26
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 27-də Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsində, Kənd Xırdalanda və Masazır qəsəbəsinin Cantəpə yaşayış ərazisində qaz təchizatı müvəqqəti dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 27-də saat 09:00-dan işlər başa çatanadək qeyd olunan ərazilərin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Oxşar xəbərlər
Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib
Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib. Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat...