Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir

Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir
Digər 6

Yüksək arterial təzyiq hər zaman özünü aşkar simptomlarla büruzə vermir. İnsan baş ağrısı, başgicəllənmə və halsızlıq hiss etmədən də hipertoniya ilə üzləşə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV-də dərc olunan materialda bildirilib.

Qeyd olunub ki, yüksək təzyiq uzun müddət hiss olunmadan davam edə, bu müddətdə isə qan damarlarına və daxili orqanlara zərər verə bilər.

Mütəxəssislər bildirirlər ki, arterial təzyiqi yalnız insan özünü narahat hiss etdikdə ölçmək düzgün deyil. Hipertoniyanı vaxtında aşkarlamağın etibarlı yolu təzyiq göstəricilərini mütəmadi yoxlamaqdır.

Materialda vurğulanır ki, insanın özünü yaxşı hiss etməsi təzyiqinin normal olduğu anlamına gəlmir.

Son xəbərlər