Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda avtomobillər üçün mühərrik və transmissiya yağlarının, eləcə də sənaye yağlarının təhlükəsizliyi və keyfiyyətinə dair yeni tələblər müəyyənləşdirilir.
BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Elməddin Quluyev media təlimində məlumat verib.
Onun sözlərinə görə, "Sürtkü materialları, yağları və xüsusi mayelərin təhlükəsizliyi haqqında Texniki Reqlament" layihəsi təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim edilib.
Layihə sənaye yağlarını, mühərrik yağlarını, transmissiya yağlarını və digər xüsusi mayeləri əhatə edir.
Elməddin Quliyev bildirib ki, sənəddə bu məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə, sənədləşdirilməsinə, etiketlənməsinə, həmçinin istehlakçıların məlumatlandırılmasına dair tələblər nəzərdə tutulur.
Diqqətçəkən məqamlardan biri də işlənmiş sürtkü materialları ilə bağlıdır. Belə ki, layihədə onların toplanması, saxlanması və utilizasiyasına dair tələblər də müəyyənləşdirilir.
Yeni qaydalara əsasən, məhsulların müəyyən edilmiş tələblərə uyğunluğu uyğunluq bəyannaməsi vasitəsilə təsdiqlənəcək.
Qeyd edək ki, texniki reqlament layihəsi hələ təsdiqlənməyib və Nazirlər Kabinetinə təqdim olunub. Sənədin nə vaxt qüvvəyə minəcəyi ilə bağlı isə konkret tarix açıqlanmayıb.
Oxşar xəbərlər
Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu
Bu ilin mayında Şərur rayonunda Qarxun kənd sakini, komando hərbi birləşməsinin hərbçisi Musa Həsənovu avtomobillə vuraraq öldürən sürücünün məhkəməsi keçirilib...